"Barselona"ın prezidenti Joan Laporta klubunun "Real" üzərində qələbələrindən heç vaxt yorulmayacaq.
"Report" xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
"Barsa"nın qələbəsini izləmək biz azarkeşlər üçün idman yarışını üstələyən hissdir. Belə bir oyun həddindən artıq rəqabətlə xarakterizə olunur. Bu, inanılmazdır", - deyə o bildirib.
Oktyabrın 26-da komandalar İspaniya çempionatının X turu çərçivəsində qarşılaşacaqlar. Ötən mövsüm "Barselona" "El Klassiko"nun dörd oyununun hamısında qalib gəlib.