Futbol üzrə İtaliya B Seriyasında XIX və XX turun oyunları təxirə salınıb.
"Report"un "Corriere dello Sport"a istinadən məlumatına görə, buna bəzi komandalarda koronavirusa yoluxma hallarının kəskin artması səbəb olub.
Nəticədə iki turun ümumilikdə 20 qarşılaşmasının vaxtı dəyişdirilib. Matçların yeni tarixi hələlik açıqlanmayıb.