"İnter"in sabiq futbolçusu Serbiya klubunun baş məşqçisi təyin olunub

İtaliya təmsilçisi "İnter"in və Serbiya millisinin sabiq futbolçusu Deyan Stankoviç ölkəsinin "Srvena Zvezda" komandasının baş məşqçisi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssis yeni kollektivlə iki il yarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, D.Stankoviç daha əvvəl 2019-cu ildən 2022-ci ilə qədər "Srvena Zvezda"nı çalışdırıb. O, son olaraq Rusiyanın "Spartak" (Moskva) komandasında baş məşqçi kimi fəaliyyət göstərib.

Digər xəbərlər