İngiltərə Premyer Liqasında mövsümün ən zəif "11-liy"i açıqlanıb

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün ən zəif futbolçuldan ibarət komandası açıqlanıb.

"Report"un məlumatına görə, ESPN-in versiyasına əsasən hazırlanmış siyahıda "Mançester Yunayted"in 6 oyunçusu yer alıb.

Seçim zamanı oyunlara tamaşaçı marağının aşağı səviyyədə olması, xərclənən vəsaitlə nəticələr arasındakı uyğunsuzluq və zədə amilləri əsas götürülüb.

Qapıçı: Kepa Arrisabalaqa ("Çelsi")

Müdafiəçilər: Aaron Van-Bissaka, Rafael Varan, Harri Maquayr (hər üçü "Mançester Yunayted"), Xunior Firpo ("Lids Yunayted")

Yarımmüdafiəçilər: Pol Poqba, Brunu Fernandeş (hər ikisi "Mançester Yunayted"), N Qolo Kante ("Çelsi")

Hücumçular: Markus Reşford ("Mançester Yunayted"), Aleksandr Lyakazett ("Arsenal"), Romelu Lukaku ("Çelsi")

Qeyd edək ki, İngiltərə Premyer Liqasında geridə qalan mövsümün qalibi "Mançester Siti" olub.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32