İngiltərə millisinin futbolçusu sabiq klubunun formasını imzalamaqdan imtina edib

İngiltərənin "Çelsi" klubunun yeni cinah hücumçusu Rahim Sterlinq sabiq komandası "Mançester Siti"nin formasına avtoqraf verməkdən imtina edib.

"Report" xəbər verir ki, o, ingilis azarkeşlərə avtoqraf verərkən fanatlardan biri ona "Mançester Siti"nin formasına imza atması üçün müraciət edib.

Lakin 27 yaşlı futbolçu incik ayrıldığı sabiq klubunun formasına imza atmaqdan imtina edib.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Rahim Sterlinq 2015 - 2022-ci illərdə "Mançester Siti"də oynayıb. O, son İngiltərə çempionu olmuş klubda 337 matç (131 qol, 94 məhsuldar ötürmə) keçirib və 12 titul qazanıb. İyulun 13-də onun "Çelsi"yə 56,2 milyon avroya transfer olduğu və 5 illik müqavilə bağladığı müəyyənləşib.

Digər xəbərlər