İngiltərə çempionu qapıçısı ilə müqaviləni yeniləyib

Bakı. 14 may. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu qapıçısı Ederson Moraeslə yeni müqavilə imzalayıb.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı qolkiperlə sözləşmə 2025-ci ilədək uzadılıb. Edersonun hazırkı müqaviləsi 2023-cü ilə kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Braziliya milli komandasının da şərəfini qoruyan Ederson "Mançester Siti"yə cari mövsümün əvvəlində transfer olunub. 

Digər xəbərlər