Həbib Nurməhəmmədovun Britaniya turu naməlum səbəbdən ləğv olunub

Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun Böyük Britaniya turu ləğv olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, səfərin ləğv olunma səbəbi açıqlanmayıb.

İdmançının iyunun 12-də Mançester, 14-də Midlends, 15-də isə Londona səfəri planlaşdırılmışdı.

Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü sentyabrın 7-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirəcək. Onun rəqibi amerikalı Dastin Porye olacaq. 

Digər xəbərlər