Bakı. 23 fevral. REPORT.AZ/ İtaliya "A" Seriyasında 26-cı tura yekun vurulub.
"Report" xəbər verir ki, turun açılış oyunu "Bolonya" ilə "Yuventus" arasında baş tutub.
Oyun heç-heçə bitsə də, "Yuventus" çempionatda liderliyini saxlayıb. Onun ən yaxın izləyicisi "Napoli"dir. Digər qarşılaşmalarda "İnter" "Sampdoriya"dan güclü olub, "Roma" "Palermo"nu darmadağın edib, "Napoli" isə "Milan" ilə heç-heçə oynayıb.
İtaliya çempionat, 26-cı tur
"Napoli" – "Milan" - 1:1
Qollar: 1:0 – 39 İnsinye, 1:1 – 44 Bonaventura