Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı bəlli olub.
“Report” xəbər verir ki, bu, “Zirə” komandasıdır.
Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv 1/4 final mərhələsinin cavab oyununda “Səbail”i 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib. İlk görüşdə olduğu kimi, cavab qarşılaşmasında da 90 dəqiqə ərzində qalib müəyyənləşməyib.
Qəsəbə təmsilçisi əlavə vaxtda – 105+1-ci dəqiqədə Xulio Sezar Rodrigezin vurduğu qolla qalib gəlib.
Qeyd edək ki, “Zirə” yarımfinalda “Sabah” – “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan Kubokunun sonuncu qalibi olan Qəbələ komandası evdə keçirdiyi ilk görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Yarımfinallar 22 - 29 apreldə keçiriləcək.