Françesko Totti: "Roma" qayıtmağımı istəsə, imtina edəcəyəm"

İtaliyanın "Roma" komandasının sabiq futbolçusu Françesko Totti kluba qayıtmayacağını söyləyib. 

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı sabiq hücumçu həssas insan olduğunu bildirib: "Müəyyən bir yolu izləməyi qərara aldıqda onu tamamlayıram. "Roma" qayıtmağımı istəsə, bu, mənə çətinliklər yaradacaq. Amma imtina edəcəyəm. Qərarıma da hörmət edirəm". 

Qeyd edək ki, Françesko Totti "Roma"da 1989-cu ildə gənclər komandasında debüt edib. O, 1992-ci ildə əsas heyətdə ilk matçını keçirib. Totti bütün peşəkar karyerasını (1992-2017) paytaxt təmsilçisinə həsr edib. O, daha sonra klubun direktoru təyin olunsa da, bu ilin iyun ayında istefa verib. 

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31