FIFA-nın vitse-prezidenti: "Bundesliqanın oyunları azarkeşsiz qəribə görünür"

FIFA-nın vitse-prezidenti Viktor Montalyani Almaniya Bundesliqasının bərpasına münasibət bildirib.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, eyni zamanda Şimali və Mərkəzi Amerika Konfederasiyasının prezidenti olan funksioner çempionatın davam etdirilməsinin müsbət məqam olduğunu söyləyib.

Montalyani deyib ki, qarşılaşmalar azarkeşsiz qəribə görünür: "Bu, xüsusilə çoxlu insanın toplaşdığı matçlara aiddir. Buna baxmayaraq, Bundesliqanın bərpası müsbət məqamdır".

Qeyd edək ki, Almaniyanın əsas və II Bundesliqasında 2019/2020 mövsümü mayın 16-da bərpa olunub.

Digər xəbərlər