Azərbaycanın FIFA referilərinə emblemlər təqdim olunub

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Olimpiya Stadionunda 2019-cu ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək Azərbaycanın referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.

“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik iştirak edib.

Qeyd edək ki, Azərbaycanın 2019-cu il üçün FIFA hakimləri siyahısında 21 ədalət təmsilçisi yer alıb.

Digər xəbərlər

Bakıda AFFA Fitnes C kursu başlayıb 15 sentyabr, 2026 / 17:17
Arsenal Fermin Lopeslə maraqlanır 15 sentyabr, 2026 / 16:09