"Fənərbağça" uruqvaylı hücumçunu birdəfəlik transfer edib

Türkiyə "Fənərbağça"sı cari mövsümün əvvəlində icarəyə götürdüyü uruqvaylı futbolçu Dieqo Rossini birdəfəlik transfer edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün ABŞ-ın "Los-Anceles Qelaksi" komandasına 5,5 milyon avro təzminat ödəyib.

24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dieqo Rossi bu mövsüm "Fənərbağça"nın heyətində 25 oyuna 4 qol vurub.

Digər xəbərlər