"Fənərbağça"nın prezidenti cərimələnib

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Fənərbağça" klubunun prezidenti Əli Koçu 210 min TL (14 712 manat) cərimələyib.

"Report" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 56 yaşlı funksionerin televiziya verilişlərinin birində işlətdiyi ifadələr səbəb olub.

Klub rəhbərinin hakim və digər rəsmi şəxslər barədə qeyri-etik ifadələr işlətdiyi bildirilib.

O, 45 gün TFF-nin bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək.

Digər xəbərlər

Aleksis Sançes Monreala keçib 11 avqust, 2026 / 10:10