"Fənərbağça" "Bavariya"nın sabiq futbolçusu ilə müqavilə imzalayıb

Türkiyənin "Fənərbağça" klubu Fransa "Marsel"indən Luis Qustavonu heyətinə qatıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. "Fənərbağça"nın bu keçid üçün qarşı tərəfə 6 milyon avro ödədiyi bildirilib. 

Qeyd edək ki, Luis Qustavo karyerası ərzində Almaniyanın "Volfsburq" və "Bavariya" komandalarının da formasını geyinib. 

Digər xəbərlər