Rusiyanın paytaxtı Moskvada ermənilər tərəfindən yaradılmış "Ararat" klubu fəaliyyətini dayandırıb.
"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının baş katibinin müavini Denis Roqaçyov yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, borcu həddindən artıq olduğu üçün klub lisenziyadan məhrum edilib. Qurum rəsmisinin sözlərinə görə, qarşıdakı 4 ildə Rusiya futbolunda "Ararat" adından istifadə oluna bilməz: "Klubla əlaqə saxlamağa çalışdıq, ancaq bizə cavab verən olmadı. Artıq "Ararat"ın fəaliyyətini dayandırmasını rəsmən elan edə bilərik. Klubun çoxlu borcu var. Ona görə də lisenziya verilməyib. Bundan başqa, növbəti 4 ildə ölkə futbolunda "Ararat" adından istifadə oluna bilməz".
Qeyd edək ki, 2017-ci ildə yaradılan "Ararat" klubunun adı fevralın 5-də Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.