Renat Dadaşovun komanda yoldaşı həftənin ən yaxşısı oldu

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Report"un məlumatına görə, bu ada İngiltərə "Vulverhempton"unun futbolçusu Dioqu Jota layiq görülüb.

23 yaşlı portuqaliyalı hücumçu 1/16 final mərhələsinin ilk oyununda dünən evdə İspaniya "Espanyol"unu 4:0 hesabı ilə məğlub etdikləri oyunda 3 qol vuraraq het-trik edib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da "Vulverhempton"un formasını geyinir. Onun adı komandasının "Espanyol"la oyununun iştirak ərizəsinə salınmayıb.

Digər xəbərlər