DÇ-2026: İngiltərə Norveçə qalib gələrək yarımfinala yüksəlib - YENİLƏNİB-8

Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

İngilislərin heyətində Cud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda ingilislər hesabda irəli çıxıblar - 2:1.

93-cü dəqiqədə Cud Bellinqem dubl edib.

Hazırda qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Burada da qələbə qazanan olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununun əsas vaxtı başa çatıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da qələbə qazanan olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda ingilislər hesabı bərabərləşdiriblər - 1:1.

45+2-ci dəqiqədə Cud Bellinqem adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən matçda norveçlilər hesabı açıblar - 1:0.

36-cı dəqiqədə Andreas Şelderul fərqlənib.

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin matçı Mayami stadionunda keçirilir.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Digər xəbərlər