Futbol üzrə dünya çempionatının Meksika - Ekvador oyununun başlama vaxtı dəyişdirilib.
"Report" FIFA-ya istinadən xəbər verir ki, Mexiko stadionunda keçirilməsi planlaşdırılan 1/16 final mərhələsinin matçı əlverişsiz hava şəraiti səbəbindən əvvəlcədə nəzərdə tutulduğu kimi Bakı vaxı ilə saat 05:00-da başlamayacaq.
Buna şiddətli yağış və ildırım səbəb olub. Qarşılaşmanın 1 saat sonra (Bakı vaxtı ilə 06:00) baş tutmasına qərar verilib.