Futbol üzrə dünya çempionatında İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar 4:0 hesablı qələbəyə seviniblər.
Qolları Lamin Yamal (11), Mikel Oyarsabal (21, 24) və Həsən əl-Tambakti (49-avtoqol) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da Uruqvay Kabo Verde ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.
49-cu dəqiqədə asiyalıların heyətində Həsən əl-Tambakti avtoqol müəllifi olub.
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalıların üstünlüyü davam edir - 3:0.
11-ci dəqiqədə Lamin Yamal, 21 və 24-cü dəqiqələrdə isə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar fasiləyə böyükhesablı üstünlüklə yollanıblar - 3:0.
11-ci dəqiqədə Lamin Yamal, 21 və 24-cü dəqiqələrdə isə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda daha iki qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar ard-arda iki dəfə fərqləniblər - 3:0.
21 və 24-cü dəqiqələrdə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyunu başlayıb.
"Report"un məlumatına görə, H qrupunun II turunun matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Rafael Klaus idarə edir.