Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun növbəti oyunları keçirilib.
"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma gerçəkləşib. Bu matçlardan sonra daha 5 ölkə ən azı pley-offa vəsiqəni təmin edib.
C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.
F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvət təmin edib. Bununla belə, skandinaviyalılar Farer adaları üzərində inamlı qələbə qazanıblar. Şotlandiya isə Moldova səfərində 3 xal qazanaraq, qrupda ikinci pilləni rəsmiləşdirib.
I qrupunda isə İngiltərə Albaniyanı 5:0 hesabı ilə darmadağın etsə də, mundiala birbaşa vəsiqəni rəsmiləşdirə bilməyib. Çünki Polşa da Andorra səfərində böyük hesablı qələbəyə nail olub. Bununla belə, İngiltərə və Polşa ilk 2 pilləni təmin edərək, ən azı pley-offa vəsiqə qazanıblar.
DÇ-2022, seçmə mərhələ
IX tur
12 noyabr
C qrupu
23:45. Şimali İrlandiya - Litva - 1:0
Qol: Benas Şatkus, 18 (öz qapısına)
23:45. İtaliya - İsveçrə - 1:1
Qollar: Covanni Di Lorentso, 36 - Silvan Vidmer, 11
İstifadə olunmamış penalti: Jorjinyo, 90 (İtaliya)