ÇL: "Qalatasaray" "Real Madrid"ə uduzub, PSJ və İngiltərə klubları rəqiblərini darmadağın edib - VİDEO - FOTO

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıblar.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyanın "Real Madrid" komandasını qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Toni Kroos vurub. A qrupunun digər qarşılaşmasında "Brügge" Belçikada Fransa PSJ-sinə böyük hesabla uduzub.

Digər xəbərlər