Çempionlar Liqasında növbəti 1/8 finalçıların adına aydınlıq gəlib - VİDEO

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin VI turunun 8 oyunu keçirilib.

"Report" xəbər verir ki, "A", "B", "C" və "D" qruplarında keçirilən qarşılaşmalardan sonra qitənin ən nüfuzlu klub turnirində yoluna davam edən 8 və Avropa Liqasında çıxış edən 4 komandanın adına aydınlıq gəlib.

"A" qrupunda 1/8 final mərhələsinə yüksələn komandalar əvvəldən məlum idi. Son tur "Arsenal"ın qrup lideri olmasını, PSJ-nin isə 2-ci yeri tutmasını müəyyənləşdirib. Avropa Liqasına vəsiqə Fransada xal qazanan "Ludoqorets"ə nəsib olub.

"B" qrupunda 1/8 finala "Napoli" ilə "Benfika" çıxıb. Neapol təmsilçisi Lissabonda rəqibini məğlub edərək qrup lideri olub. "Beşiktaş" isə ÇL-də mübarizəni davam etdrmək şansını əldən verib. Şenol Günəşin komandası iki qırmızı vərəqə aldığı oyunda autsayder "Dinamo Kiyev"ə 0:6 hesabı ilə uduzub. İstanbul təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

"C" qrupunda isə hər iki görüş formal xarakter daşıyıb. İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Siti" klubu müvafiq olaraq ilk iki pillədə yer alıb. Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu isə yoluna Avropa Liqasında davam edəcək.

"D" qrupunda isə İspaniya "Atletiko"su ilə Almaniya "Bavariya"sı gecənin nəticələrindən asılı olmayaraq 1 və 2-ci pilləni tutaraq yollarına davam edirlər. Bu qrupdan Avropa Liqasına yollanacaq komanda isə Rusiya "Rostov"u olub.

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

6 dekabr

"A" qrupu

23:45. "Bazel" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:4

Qol: Seydu Dumbiya, 78 - Lukas Perez, 8, 16, 47, Aleks İvobi, 54

/iframe>

Xal durumu: "Barselona" - 15, "Mançester Siti" - 9. "Borussiya - 5. "Seltik" - 3.

"D" qrupu

23:45. "Bavariya" (Almaniya) - "Atletiko" (İspaniya) - 1:0

Qol: Robert Levandovski, 28

Digər xəbərlər