Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.

"Report"un məlumatına görə, "11-liy"ə İngiltərənin "Mançester Yunayted" klubundan Kriştianu Ronaldu və Almaniya "Bavariya"sından Robert Levandovski də düşüb.

Qapıçı: Odisseas Vlahodimos ("Benfika", Portuqaliya)

Müdafiəçilər: Joau Kanselu ("Mançester Siti", İngiltərə), Bote Baku ("Volfsburq", Almaniya), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə)

Yarımmüdafiəçilər: Pedru Qonsalveş ("Sportinq", Portuqaliya), Etyen Kapu ("Vilyarreal", İspaniya), Corcinyo Veynaldum (PSJ, Fransa)

Hücumçular: Paulo Dibala ("Yuventus", İtaliya), Robert Levandovski ("Bavariya", Almaniya), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə)

Qeyd edək ki, Ronaldu və Levandovski həftənin oyunçusu adına da namizəd olub.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32