"Çempionlar Liqası: "Barselona" və "Leyptsiq" 1/8 finala yüksəlib - YENİLƏNİB - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarındakı komandalar qarşılaşıblar. Qarşılaşmaların yekununda İspaniyanın "Barselona" və Almaniyanın "Leyptsiq" komandaları 1/8 finala vəsiqəni təmin ediblər.

F qrupunda yer alan "Barselona" mərhələni Almaniyanın "Borussiya" (Dortmund) komandası üzərində 3:1 hesablı ev qələbəsi sayəsində adlayıb. Kataloniya komandasının heyətində 700-cü matçını keçirən Lionel Messi qollardan birinin müəllifi olub. 

Digər xəbərlər