"Barselona" darmadağın olub, "Yuventus" "Çelsi"yə qalib gəlib

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.

E qrupunda "Bavariya" Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) klubunu, "Benfika" isə Portuqaliyada İspaniya "Barselona"sını darmadağın edib.

F qrupunda İngiltərənin Mançester Yunayted" komandası "Old Trafford"da İspaniya "Vilyarreal"ına 2:1 hesabı ilə qalib gəlib.

Gecənin ən diqqətçəkən qarşılaşması H qrupunda İtaliya "Yuventus" ilə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu arasında oynanılıb. Bu oyunda meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Çempionlar Liqası

II tur

29 sentyabr

E qrupu

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0

Qollar: Robert Levandovski, 12; 27, Serj Qnabri, 68, Leroy, Sane, 74, Erik Şupo-Motinq, 87

Digər xəbərlər