Çempionlar Liqası: Daha 2 komanda 1/8 finalda, "Beşiktaş" qrupda qalıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son 6 oyunundan sonra 1/8 finala daha iki vəsiqənin sahibi bəlli olub.

B qrupunda evdə İspaniyanın "Atletiko" (Madrid) klubunu məğlub edən İngiltərə "Liverpul"u sona 2 tur qalmış pley-offa adlayıb.

C qrupunda isə Niderland "Ayaks"ı Almaniyada "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib. Bu qrupun digər görüşündə Türkiyə "Beşiktaş"ı Portuqaliyada "Sportinq"ə 0:4 hesabı ilə uduzub. Bununla da İstanbul təmsilçisi qrupda qalıb.

A qrupu

00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1

Qollar: Fil Foden, 15, Riyad Mahrez, 54, Rahim Sterlinq, 72, Qabriel Jezus, 90+2 - Con Stounz, 17 (avtoqol)

00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2

Qollar: Kristofer Nkunku, 8, Dominik Soboslai, 90+2 (pen.) - Corcinyo Veynaldum, 21; 39

İstifadə olunmamış penalti: Andre Silva, 12 ("Leyptsiq")

Xal durumu: "Mançester Siti" - 9, PSJ - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.

B qrupu

21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Şansel Mbemba, 61 (avtoqol) - Luis Dias, 39

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0

Qollar: Diequ Jota, 13, Sadio Mane, 21

Qırmızı vərəqə: Felipe, 36 ("Atletiko")

Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1.

C qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0

Qollar: Pote, 31 (pen.); 38, Paulinyo, 41, Pablo Sarabiya, 56

Qırmızı vərəqə: Xozef Souza, 90 ("Beşiktaş")

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3

Qollar: Marko Roys, 37 (pen.) - Duşan Tadiç, 72, Sebastyan Alle, 83, Davi Klassen, 90+3

Qırmızı vərəqə: Matts Hummels, 29 ("Borussiya")

Digər xəbərlər