UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub.
"Report"un məlumatına görə, bununla da qrupa son 3 vəsiqənin sahibi bəlli olub.
Fransadakı ilk oyunda Ukraynanın "Şaxtyor" komandasına 0:1 hesabı ilə uduzan "Monako səfərdə 2:1 hesablı qələbə qazanıb. Buna baxmayaraq qarşılaşmanın əlavə vaxtında fərqənən Donetsk təmsilçisi mərhələ adlayıb.