"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

"Report"un məlumatına görə, A qrupunda İtaliya "Napoli"si Şotlandiyada "Reyncers"i darmadağın edib.

E qrupunda "Çelsi" İngiltərə Avstriya "Zaltsburq"u ilə bacarmayıb.

F qrupunda turnirin son qalibi olan İspaniya "Real Madrid"i evdə Almaniya "Leyptsiq"inə 2 cavabsız qolla qalib gəlib.

G qrupunda İngiltərənin "Mançester Siti" klubu doğma meydanda Almaniyanın "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə qazanıb. Danimarkada "Kopenhagen" və İspaniya "Sevilya"sı arasında oynanaılan matçda isə hesab açılmayıb.

H qrupunda "Yuventus" İtaliyada Portuqaliya "Benfika"sına uduzub. Fransa PSJ-si isə İsraildə Hayfa "Makkabi"sindən üstün olub.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

14 sentyabr

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya) - 0:3

Qollar: Matteo Politano, 68 (penalti).Cakomo Raspadori, 85. Tanqi Ndombele, 90+1

Qırmızı vərəqə: Ceyms Sends, 55 ("Reyncers")

Xal durumu: "Napoli" - 6. "Liverpul" - 3. "Ayaks" - 3. "Reyncers" - 0

E qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: Rahim Sterlinq, 48 - Noa Okafor, 75

Digər xəbərlər