UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 6 oyunu keçirilib.
"Report"un məlumatına görə, turun mərkəzi qarşılaşması A qrupunda baş tutub. PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Bu qrupun digər matçında Almaniya "Leyptsiq"i evdə Belçikanın "Brügge" komandasına uduzub - 1:2.
Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olub. Bu oyunda qonaqlar qalib gəliblər - 1:2. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qapısından 5 top keçirib.
Gecənin sensasiyası D qrupunda qeydə alınıb. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"i 2:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
II tur
28 sentyabr
A qrupu
23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:0
Qollar: İdrissa Geye, 8, Lionel Messi, 74