Çempionlar Liqası: "Liverpul" inamlı, "Tottenhem" minimal hesablı qələbə qazanıb - VİDEO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə hər iki qarşılaşma İngiltərədə təşkil olunub. Üz-üzə gələn komandalardan 3-ü məhz bu ölkənin təmsilçiləri olub. Londondakı yeni və eyniadlı arenasında "Tottenhem" "Mançester Siti"ni qəbul edib.

13-cü dəqiqədə VAR sisteminə müraciətdən sonra təyin olunmuş penaltini qonaq komandanın futbolçusu Serxio Aqüero dəqiq yerinə yetirə bilməyib. Əvəzində 78-ci dəqiqədə meydan sahiblərinin cənubi koreyalı legioneri Son Hın Min fərdi ustalığı sayəsində dəqiq zərbə endirib. Bu qol sayəsində "Tottenhem" minimal hesablı qələbə qazanıb. 

Digər xəbərlər