UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
"Report"un məlumatına görə, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.
Gecənin ən bolqollu görüşləri G qrupuna təsadüf edib. "Mançester Siti" İngiltərədə Danimarka "Kopenhagen"inə 5 cavabsız qolla qalib gəlib. "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.
E qrupunda "Çelsi" İngiltərədə İtaliya "Milan"ını darmadağın edib.
F qrupunda turnirin son qalibi "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını minimal hesabla üstələyib.
H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa) klubundan güclü olub. "Benfika" isə Portuqaliyada Fransa çempionu PSJ ilə heç-heçə edib.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
5 oktyabr
E qrupu
20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
Qol: Noa Okafor, 71 (penalti)
23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya) - 3:0
Qollar: Vesle Fofana, 24. Pyer-Emerik Obameyanq, 56. Ris Ceyms, 62
Xal durumu: "Zaltsburq" - 5, "Çelsi" - 4, "Milan" - 4, "Dinamo" - 3