İspaniya və İtaliya çempionları mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında mövsümün koronavirus pandemiyası səbəbindən yarımçıq qalmış hissəsi bərpa olunub. 

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin növbəti cavab görüşlərində "Mançester Siti" İngiltərədə İspaniya çempionu "Real Madrid"i, İtaliya çempionu "Yuventus" isə Fransa "Lion"unu qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 

"Mançester Siti"dən ilk qolu 9-cu dəqiqədə Rəhim Sterlinq vurub. 28-ci dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib. Lakin 68-ci dəqiqədə Qabriel Jezus "şəhərlilər"i yenidən önə çıxarıb. Beləliklə, "Mançester Siti" ilk görüşdə olduğu kimi, yenə 2:1 hesablı qələbə qazanıb. 

Digər xəbərlər