Çempionlar Liqası: "Bavariya" son dörd ildə ilk dəfə doğma meydanda məğlub olub

Almaniyanın "Bavariya" klubu UEFA Çempionlar Liqasında son dörd ildə ilk dəfə doğma meydanda məğlub olub.

"Report"un məlumatına görə, komanda ötən gün turnirin 1/4 final mərhələsinin ilk oyununda "İnter"ə uduzub (1:2).

Münhen təmsilçisi daha əvvəl 2021-ci ildə eyni raundda evdə PSJ-yə (Fransa) yenilib - 2:3.

Qeyd edək ki, "İnter"lə "Bavariya" arasında cavab görüşü aprelin 16-da gerçəkləşəcək. Cütün qalibi yarımfinalda "Barselona" (İspaniya) - "Borussiya" (Almaniya, Dortmund) duelinin güclüsü ilə üz-üzə gələcək.

Xəbər lenti