Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

"Report"un məlumatına görə, A qrupunda "Liverpul" İngiltərədə Şotlandiya "Reyncers"ini 2 cavabsız qolla üstələyib. İtaliya "Napoli"si isə Niderlandda "Ayaks"ı darmadağın edib - 6:1.

B qrupunda "Portu" Portuqaliyada Almaniyanın "Bayer" komandasına, "Brügge" isə Belçikada İspaniyanın "Atletiko" (Madrid) klubuna qalib gəlib.

C qrupunda İspaniya "Barselona"sı İtaliyada "İnter"ə minimal hesabla uduzub. D qrupunda isə İngiltərə "Tottenhem"i Almaniyada "Ayntraxt"la qolsuz heç-heçəyə razılaşıb.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

4 oktyabr

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Reyncers" (Şotlandiya) - 2:0

Qollar: Trent Aleksander-Arnold, 7. Məhəmməd Salah, 53 (penalti)

Digər xəbərlər