"Çelsi" millinin qapıçısını transfer edib

İngiltərənin "Çelsi" klubu Belçika təmsilçisi "Genk"in qapıçısı Mayk Pendersi transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçikanın U-19 millisinin də üzvü olan futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

Qolkiper cari mövsümü Belçika klubunda keçirəcək, gələn yaydan etibarən isə İngiltərə təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, M.Penders 2023/2024 mövsümündə 25 oyun keçirib və 42 qol buraxıb. O, üç matçda qapısını toxunulmaz saxlayıb.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31