"Bursaspor" Namik Ələskərovun 69 dəqiqə oynadığı matçda xal itirib

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"unun heyətində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi evdə "Gənclərbirliyi"nə qarşı oynanılan I Liqanın 33-cü tur matçının iştirakçısı olub. Start heyətində meydana daxil olan təcrübəli oyunçu 69-cu dəqiqədə İsmail Yükseklə əvəzlənib.

Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Rahmetulla Berişbek ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 32-yə çatdıran "Bursaspor" 18-ci pillədə qalıb. 39 xalı olan "Gənclərbirliyi" isə 12-ci sırada qərarlaşıb.

Digər xəbərlər