AFFA prezidenti: "2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir"

"2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir. Bu il ölkəmiz üçün maraqlı olacaq. Həm AVRO-2020, həm də Tokio Yay Olimpiya Oyunları keçiriləcək".

"Report"un xəbərinə görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün işə başlayan qurumun növbədənkənar Konfransında deyib. 

O, Azərbaycan idmançılarının xalqımızı sevindirəcəklərinə inam ifadə edib. 

R.Abdullayev Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib.

Digər xəbərlər