Braziliya klubunun futbolçusu həbs olunub

Bakı. 27 dekabr. REPORT.AZ/ Braziliyanın "Botafoqo" klubunun futbolçusu Everton Eleno həbs olunub.

"Report" "Globo"ya istinadən xəbər verir ki, Eleno soyğunçuluq etdiyi üçün 7.5 il müddətinə azadlıqdan məhrum edilib.

28 yaşlı futbolçunun avqustun 6-da tutulduğu və cəzasını yarı açıq həbsxanada (gündüz və ya gecə qalmaq) çəkəcəyi bildirilib.

Onun vəkili qərara etiraz etmək istədiklərini söyləyib. 

Digər xəbərlər