Braziliya klubu Halkla müqaviləni uzadıb

Braziliyanın "Atletiko Mineyro" klubunu futbolçusu Halkla yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü il dekabrın 31-dək uzadılıb.

Təcrübəli forvardın komandası ilə hazırkı müqaviləsi cari ilin sonunda başa çatmalı idi.

Qeyd edək ki, Hulk bu mövsüm "Atletiko Minyero" ilə Braziliya çempionluğunu, ölkə kuboku və Superkubokunu qazanıb.

Digər xəbərlər