Bordin: "Qırmızı vərəqə alsaq da, nəticəni qoruyub saxlaya bildik"

Bakı. 3 fevral. REPORT.AZ/ "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la səfərdə 1:1 hesablı heç-heçə oynadıqları matçdan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan italiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Əlbəttə, oyuna yaxşı başlamadıq. Sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmğa başladıq. Yaxşı məqamda qırmızı vərəqə aldıq. Buna baxmayaraq, nəticəni qoruyub saxlaya bildik, bu münasibətlə futbolçularımızı təbrik edirəm.

Lider bu nəticəni uğurlu sayır?

- Azlıqda oynamağımıza görə deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqə alandan sonra komanda əla oyun nümayiş etdirdi. Azlıqda olduğumuz zaman əks-hücumlara bel bağlaya bilərdik. Son olaraq azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Sonadək bizi dəstəklədilər. Sanki evdə oynayırdıq. Növbəti matçlarda da onları gözləyirik.

Digər xəbərlər