Belçika dünya çempionatına vəsiqə qazanıb, Fransa Lüksemburqu yenə bilməyib - VİDEO

Bakı. 4 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində VIII tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə A, B və H qruplarında 9 oyun keçirilib.

H qrupunda Belçika yığması səfərdə Yunanıstanı 2:1 hesabı ilə yenərək, sona 2 tur qalmış qrup lideri kimi mundiala birbaşa vəsiqəni təmin edib.

Gecənin sensasiyası A qrupunda yaşanıb. Fransa evdə Lüksemburqu yenə bilməməklə, Rusiyadakı mundiala birbaşa vəsiqə şanslarını çətinləşdirib. B qrupunda isə İsveçrə və Portuqaliya səfər qələbələri sayəsində qrupda ilk 2 yeri təmin ediblər. Amma onlardan hansının birbaşa vəsiqəni əldə edəcəkləri son 2 turda müəyyənləşəcək.

2018-ci il dünya çempionatı

Seçmə qrup mərhələsi

VIII tur

3 sentyabr

A qrupu

20:00. Belarus – İsveç - 0:4

Qollar: Emil Forsbeq, 18. Xristofer Niman, 24. Markus Berq, 37. Andres Qranqvis, 84 (pen)

/iframe>

Xal durumu: Fransa - 17, İsveç - 16, Hollandiya - 13, Bolqarıstan - 12, Lüksemburq - 5, Belarus - 5.

B qrupu

20:00. Farer adaları – Andorra - 1:0

Qol: Cilli Sorensen, 37

22:45. Macarıstan – Portuqaliya - 0:1

Qol: Andre Silva, 48

/iframe>

22:45. Latviya – İsveçrə - 0:3

Qollar: Haris Seferoviç, 9. Rikardo Rodriges, 58-penalti ilə. Blerim Cemali, 55

Yerinə yetirilməyən penalti: Blerim Cemali, 32 (İsveçrə)

/iframe>

22:45. Cəbəllütariq - Bosniya və Herseqovina - 0:4

Qollar: Edin Ceko, 35; 85. Kenan Kodro, 65. Senad Luliç, 83

Digər xəbərlər