Belaruslu mütəxəssis Viktor Qonçarenko "Neftçi"nin baş məşqçi postuna namizədlər siyahısına daxil deyil.
Bu barədə "Report"un sorğusuna cavab olaraq klubdan bildirilib.
Rusiya mətbuatında yayılan xəbərin həqiqətə uyğun olmadığı diqqətə çatdırılıb.
Qeyd edək ki, "Neftçi" noyabrın 24-də baş məşqçi Samir Abasovun istefaya göndərildiyini açıqlayıb. Rusiyanın "Sport-Ekspress" nəşri "ağ-qaralar"ın bu posta belaruslu Viktor Qonçarenkonun təyinatını nəzərdən keçirdiyini yazıb.