"Bavariya"nın yarımmüdafiəçisi uzun müddət yaşıl meydanlardan kənarda qala bilər

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Camal Musiala uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

“Report” “Bild”ə istinadən xəbər verir ki, futbolçu Bundesliqanın XXVIII turunda, "Auqsburq"la oyunda (3:1) dizindən zədələnib.

O, bu səbəbdən təxminən 2-6 həftə futbol oynamaya bilər. Yaxın vaxtlarda MRT müayinəsindən keçdikdən sonra 22 yaşlı yarımmüdafiəçinin sağalma müddəti dəqiqləşəcək. O, zədə səbəbindən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşacaqları "İnter"lə ilk oyunu buraxmalı olacaq.

Qeyd edək ki, C.Musiala cari mövsümdə meydana çıxdığı 39 matçda 17 qola və 8 məhsuldar ötürməyə imza atıb.

Xəbər lenti