Almaniya "Bavariya”sının futbolçusu David Alaba İspaniya “Real Madrid"inə keçəcək.
“Report” “Marca”ya istinadən xəbər verir ki, avstriyalı müdafiəçi 11 milyon avro maaşla 4 illik müqavilə imzalayıb.
29 yaşlı oyunçu bu mövsüm Bundesliqada 13 matçda 1 qol vurub.