"Bavariya" Levandovskini satmaq istəyir

Almaniyanın "Bavariya" klubu futbolçusu Robert Levandovskini cari mövsümün sonunda 40 milyon avroya satmağa hazırdır.

"Report" "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 2023-ci ilin yayında müqaviləsi başa çatacaq polşalı hücumçunun satışından gəlir əldə etməyi planlaşdırır.

Daha əvvəl İspaniya mətbuatı 34 yaşlı forvardın "Barselona" ilə anlaşdığını yazıb.

Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.

Digər xəbərlər