Bakı. 7 may. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu futbolçu Frank Riberi ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini daha bir il artırıb.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, yeni sazişə əsasən, 35 yaşlı yarımmüdafiəçi 2019-cu ilin iyun ayına kimi Almaniya təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Frank Riberi 2007-ci ildən "Bavariya"nın şərəfini qoruyur. Fransalı futbolçu bu müddət ərzində Münhen təmsilçisi ilə 8 dəfə Almaniya çempionu olub. Təcrübəli oyunçu həmçinin Çempionlar Liqası və UEFA Superkubokunun da qalibi olub.