"Bavariya" klubu daşqın qurbanlarına 1 milyon avro bağışlayıb

Almaniyanın "Bavariya" klubu ölkənin cənubunda baş verən daşqın qurbanlarına 1 milyon avro bağışlayıb.

"Report" Münxen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Bavariya və Baden-Vyurtemberq əyalətlərində zərərçəkənlərə yardım üçün vəsait göndərib.

Qeyd edək ki, Almaniyanın cənubunda baş verən daşqınlar nəticəsində iki nəfər ölüb, nəqliyyat kommunikasiyalarında fasilələr yaranıb və təxliyyə işləri aparılır.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32