"Bavariya" ispaniyalı hücumçunun keçidini açıqlayıb

Almaniyanın "Bavariya" klubu yeni futbolçu transfer edib.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın "Qranada" klubundan Brayan Saraqosa heyətə cəlb olunub.

22 yaşlı ispaniyalı hücumçu mövsümün sonuna qədər La Liqa klubunda qalacaq.

Qeyd edək ki, Brayan Saraqosa bir dəfə İspaniya millisinin də formasını geyinib.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52