Bakı. 17 may. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu futbolçu Aryen Robben ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini daha bir il artırıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2019-cu ilin iyun ayına kimi Münhen təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Aryen Robben 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur.